AZ

Yanındakı şəxs də tutuldu

Şirvanda polis tərəfindən saxlanılarkən özünə xəsarət yetirən şəxsin yanındakı digər şübhəli də tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, özünə xəsarət yetirən və daha sonra gizlənən 1987-ci il təvəllüdlü İsayev Əli Vahid oğlu ilə yanaşı onunla birgə hərəkət edən 1983-cü il təvəllüdlü Əliyev Mehman Aydın oğlu da saxlanılıb. Onlardan külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
2
sabah.az

3Mənbələr