AZ

İran Prezidentinin öldüyü qəza ilə bağlı ilkin sənəd hazırlandı: Şübhəli vəziyyət...

Mayın 19-da İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onunla birlikdə 6 nəfərin həlak olduğu helikopter qəzasından sonra hadisə ilə bağlı ilkin hesabat dərc edilib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, İran Baş Qərargahının dərc etdiyi hesabatda qəza ilə bağlı texniki və ümumi məlumatların və tapıntıların toplanaraq qiymətləndirildiyi vurğulanıb, bəzi məlumatların qiymətləndirilməsinin vaxt aparacağı bildirilib.

Sənəddə sözügedən helikopterin əvvəlcədən müəyyən edilmiş marşrutdan kənara çıxmadığı və pilotun qəzadan təxminən bir yarım dəqiqə əvvəl digər iki helikopterin pilotları ilə əlaqə saxladığı bildirilib.

Hesabatda helikopterin hissələrində güllə və ya buna bənzər xarici obyektin izi olmadığı barədə məlumatlar da yer alıb.

İran Baş Qərargahı bildirib ki, qəzadan sonra helikopterdə yanğın baş verib.
Həmçinin qeyd edilib ki, idarəetmə qülləsinin uçuş heyəti ilə apardığı danışıqlarda heç bir şübhəli vəziyyətə rast gəlinməyib.

Billurə Yunus

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
olke.az

2Mənbələr