AZ

Azərbaycan - Ermənistan arasında dayanıqlı sülhün təmin olunması ATƏT-in əsas məqsədi olaraq qalır - Yan Borq (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Azərbaycanvə Ermənistan arasında hərtərəfli və dayanıqlı sülhün əldəolunmasına xüsusi diqqət yetirməyə davam edəcək.

Bu barədə Trend-ə özəl müsahibəsində ATƏT-in fəaliyyətdə olansədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri vəticarət naziri Yan Borq deyib.

"Bu yaxınlarda Bakıya səfərim zamanı ATƏT və Azərbaycan arasındaəməkdaşlığın inkişafına sadiqliyimizi təsdiqlədim. Azərbaycan vəErmənistan arasında hərtərəfli və dayanıqlı sülhün əldə edilməsinəxüsusi diqqət yetirəcəyik ki, bu da bizim əsas prioritetimiz olaraqqalır", - o deyib.

ATƏT sədri qeyd edib ki, Ermənistan və Azərbaycan arasındadayanıqlı sülhün əldə edilməsi konstruktiv dialoq və diplomatiyayasadiqlik tələb edir, çünki bu, irəliləməyin yeganə dayanıqlıyoludur.

"ATƏT bu prosesdə mühüm rol oynamağa davam edə bilər. Bizimunikal təcrübəmiz və ekspert biliklərimiz dinc və dayanıqlı şəkildəirəliləməyə effektiv şəkildə kömək edə bilər. Biz öz töhfəmiziverməyə, tərəflərin səylərini tamamlamağa və dəstəkləməyə hazırıq.Regiondakı fəaliyyətim müddətində vurğulamışam ki, bütün tərəflərbunu istəyər və razılaşdırarsa, ATƏT ümumi dəyərlərimizə vəöhdəliklərimizə əsaslanaraq, siyasi prosesə köməklik göstərməyəhazırdır", - o deyib.

Yan Borq Malta hökumətinin ATƏT-in Cənubi Qafqazda rolununartırılması və iştirakının genişləndirilməsi üzərində çalışdığınıqeyd edib.

"Konsensus yanaşması və geniş spektrli konkret layihələrisayəsində ATƏT insanlar arasında nəzərəçarpan əlaqələrinmöhkəmləndirilməsi üçün mühüm əsas olaraq çıxış edir. ATƏTmandatının icrasında ona köməklik göstərən bir sıra institut vəstrukturlara malikdir", - o deyib.

Onun sözlərinə görə, ATƏT-in Azərbaycandakı fəaliyyətitəhlükəsizlik baxımından bağlantı və iqlim dəyişmələri də daxilolmaqla bir neçə sahəni əhatə edir. Eyni zamanda, AzərbaycanınCOP29-a sədrliyini şərh edən nazir ATƏT-in Bakı ilə təhlükəsizlikvə bağlantının ekoloji aspektləri üzrə əvvəlki və hazırkiqarşılıqlı fəaliyyətinin təşkilatın təhlükəsizliyə hərtərəfliyanaşmasının bir hissəsi olaraq, ATƏT çərçivəsində iqlim sahəsindəfəaliyyətin vacibliyinin müzakirəsinə imkan yaradacağından əminolduğunu bildirib.

"Dayanıqlı əlaqələrin və ticarətin möhkəmləndirilməsi, regionaləməkdaşlığın inkişafı və ekoloji cəhətdən təmiz praktikalarıntəşviqinə yönəlmiş təşəbbüslərin uğurlarını inkişaf etdirməyə davamedəcəyik. Bundan başqa, parlament əməkdaşlığının daha damöhkəmləndirilməsi üzərində çalışacağıq. Davamlı sülh vətəhlükəsizlik maraqları baxımından bütün istiqamətlərdə üzrə yenitəşəbbüsləri təşviq etməyə davam edəcəyəm", - deyə o əlavəedib.

Yan Borq həmçinin vurğulayıb ki, ATƏT-in güclü tərəflərindənbiri münaqişənin bütün tsikli üzrə, o cümlədən postmünaqişə dövrüüzrə geniş və özünü təsdiqləmiş alətlər toplusudur.

"Sülh sazişindən irəli gələ biləcək ehtiyacların səmərəlişəkildə qarşılanması üçün bu alətləri adaptasiya edərək onlardanistifadə etməyə, eləcə də digər ATƏT regionlarından əldə ediləntəcrübədən çıxarılan dərslərdən istifadə etməyə hazırıq.Azərbaycanvə Ermənistan da daxil olmaqla, ATƏT-ə üzv olan 57 dövlət, ocümlədən Azərbaycan və Ermənistan tərəfindən siyasi dəstək vəkonsensus nə qədər çox olarsa, təcrübəmizi bir o qədər çox səfərbəredə biləcəyik. Bakı-İrəvan münasibətlərinin normallaşdırılmasındanəzərəçarpan irəliləyiş təmin edən bütün praqmatik və nəticəyönümlüyanaşmaları bundan sonra da dəstəkləyəcəyik. Məqsədimiz aydındır:Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişininimzalanmasını təmin etmək, həmçinin azərbaycanlıların vəermənilərin hadisələrin bu cür inkişafından necə faydalandığınıgörmək. Buna yalnız diplomatiya və sülh vasitələri ilə nail olmaqmümkündür", - deyə Yan Borq son olaraq bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
2
az.trend.az

3Mənbələr