AZ

Bu şəxslərə daha yüksək pensiya növü təyin ediləcək

Bakı. Trend:

Vətəndaşların bir neçə pensiya hüququ olduqda müraciət etmədəndaha yüksək olan pensiya növü təyin ediləcək.

Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Qanununun layihəsində qeyd olunub.

Eyni zamanda dəyişikliyə görə, müraciət əsasında növdəyişməhüququ da saxlanılacaq ki, vətəndaş ona proaktiv qaydada aparılmışyeni növ pensiya təyinatını istəməzsə, onun müraciətinə əsasənəvvəlki pensiya növünə geri qaytarıla bilsin.

Qanunun 22-1.5-ci maddəsinə təklif olunan dəyişiklik və əlavəolunan yeni - 34.1-1-ci maddə əlavə maliyyə yükü və ya vətəndaşlarüçün əlavə hüquq yaratmır, onlar sadəcə müraciət etmək öhdəliyindənazad olunurlar.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
49
az.trend.az

10Mənbələr