AZ

Gəncədə Tacikistan mədəniyyəti günləri çərçivəsində konsert keçirildi – FOTO/VİDEO 

Mayın 23-də Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasında Azərbaycanda Tacikistan mədəniyyəti günləri çərçivəsində konsert proqramı təşkil olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, proqramda “Qudrez” və “Zebo” rəqs, “Şaşmokom” və “Falak” milli musiqi və “Darye” Dövlət ansamblları, tanınmış opera müğənniləri, pianoçular, həmçinin tacik estradasının ulduzları müxtəlif konsert proqramları çıxışlar ediblər. 

Tacikistan mədəniyyət xadimlərinin ifa etdikləri Azərbaycan və Tacik mahnıları, rəqsləri tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. 
 



















Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
bizim.media

2Mənbələr