Ukraynanın Xarkov şəhərində 236 min kvadrat kilometr sahəsi olan yeraltı şəhərin tikintisi planlaşdırılır. Layihəyə əsasən, burada məktəblər, park, xəstəxanalar, ticarət mərkəzləri və kovorkinq məkanlarının yerləşdirilməsi planlaşdırılır.
Bu barədə Xarkov şəhərinin meri İqor Terekov məlumat verib.
Onun sözlərinə görə, yeraltı şəhərə metro stansiyasından giriləcək, yuxarıda isə park zonası tikiləcək.
Mer layihənin yerli dizaynerlər tərəfindən "Norman Foster" bürosu ilə birlikdə hazırlandığını vurğulayıb.
Mənbə: Unian