AZ

“Superstar”lı, sürprizlərlə dolu “Hitmaker”…– Murad Arifin anşlaqlı gecəsi » AzadMedia.az


Ötən gecə müğənni-bəstəkar Murad Arifin Heydər Əliyev Sarayında “Hitmaker” adlı solo konserti baş tutub.
Gecəyə xüsusi hazırlaşan müğənni konsertdən öncə media nümayəndələrinin suallarını cavablayıb. O gecəyə xüsusi hazırlaşdığını qeyd edib.
“Həyəcan var. Bu da məsuliyyətdən irəli gəlir. Gecə-gündüz hazırlaşdıq ki, qonaqlar üçün unudulmaz gecə hazırlayaq. Düşünürəm ki, buna nail olduq. Sürprizli, bol əyləncəli, gözəl ifalı bir “Hitmaker” olacaq”.
Müğənni növbəti konsertin də anonsunu verməkdən çəkinməyib.

Gur işıqların, maskalı rəqqasların arasında səhnəyə çıxan müğənni ilk olaraq "Partlat" mahnısını ifa edib. Ard-arda sevilən mahnılarını səsləndirən müğənni tamaşaçılarla söhbət etməyi də unutmayıb:
“Burada olmaq necə inanılmaz bir hissdir. Düşündüm ki, ikinci konsertdir, həyəcan azalar. Amma yox. Həyəcan azalmır. Adətən deyirlər ki, ikinci mahnıdan sonra rahat olursan. Bu da məsuliyyətdən irəli gəlir. Tamaşaçıya sevgi olan yerdə heç vaxt həyəcan azalmır”.
Səhnə dekorasiyası, səhnə işıqları, rəqslər və hekayələrlə gecəyə rəng qatan müğənni anasına, bacısı, aparıcı Könül Arifqızına, həyat yoldaşına və övladlarına təşəkkürünü bildirib.

Murad Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarov son günlər tənqid olunan "qadınlar hər sahədə kişilərdən geridədir" fikirlərinə münasibət bildirib:
"Konseptdən uzaqlaşmaq istəmirəm. amma bunu deyəcəyəm. İnsanlıq əsrlərdir patriarx bir dünyada yaşayır. Yalnız bu səbəbdən, kişilər cəmiyyətdə söz və mövqe sahibi olaraq, müxətlif sahələrdə öndə ola bilib. Bunu tarix bizə söyləyir. Bunu açıqlamaqla Amerika kəşf etmiş olmuruq. İstənilən sahədə, bəylər öndədirsə, demək, müəyyən düzən buna zəmin yaradıb.
Qadınlar isə bəzən kiməsə görə, hansısa səbəbdən öndə görünməsələr, belə bütün qəhrəmanlıqların, kəşflərin, nailiyyətlərin arxasında hökmən durur. Çabalarımız xanımlar uğrundadır. Bu bölgülər olmasın. Heç kim heç kimdən üstün deyil".

Muradın konserti sürprizsiz də keçməyib. O, yeni "Superstar" mahnısını Əməkdar artist Sevda Ələkbərzadə ilə ifa edib. Səhnəyə eyni zamanda Əməkdar artist Lalə Məmmədova, müğənnilər Elnarə Xəlilova, Dilarə Kazımova da çıxıb. Onların Murad Ariflə duetləri alqışlarla qarşılanıb.
Murad ənənəsinə sadiq qalaraq tamaşaçıların arasına enərək onlarla fotolar çəkdirib, birlikdə mahnılarını ifa edib.
Torpaqlarımızın düşmən tapdağından azad edilməsindən danışan Murad Arif konserti “Şuşam” mahnısı ilə yekunlaşdırıb.
Muradı izləməyə gələnlər arasında bəstəkarlar Gövhər Həsənzadə, Vaqif Gərayzadə iş xanımı Ruhiyyə Əliyeva, Xalq artistləri Zülfiyyə Xanbabayeva, Murad Dadaşov, Əməkdar artist Bəhram Bağırzadə, müğənni İlhamə Qasımova, Nura Suri, aparıcılar Leyla Quliyeva, Kamilə Babayeva yer alıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
4
azadmedia.az

10Mənbələr