AZ

Şərab anbarını təmir edən şəxs mamont qalıqları tapıb

Avstriyada şərab anbarını təmir edən şəxs möcüzəvi kəşf edib. Bu, qırmızı və ya ağ üzüm şərabı deyil, mamontların qalıqları olub.

Herbiand.az bildirir ki, bu barədə BBC xəbər verib.

Avstriya Elmlər Akademiyasının Avstriya Arxeologiya İnstitutunun tədqiqatçıları kəşfi “arxeoloji sensasiya” adlandırıblar.

Şərabçı Andreas Pernerstorfer Vyananın qərbində, Krems bölgəsindəki Qobelsburq kəndindəki şərab zirzəmisinin dərinliklərində basdırılmış bir neçə nəhəng sümüklə rastlaşıb. O, kəşfini lazımi orqanlara bildirib. Tapıntı yerinə gələnlər daş dövrünə aid ən azı üç mamontun sümüklərini müəyyənləşdiriblər.

Pernerstorfer Avstriyanın ORF televiziyasına bildirib ki, bu tapıntını şərab anbarını təmir edəndə aşkar edib.

Arxeoloqlar Tomas Aynveqerer və Hanna Paro-Suşon deyiblər ki, ərazidə tapılan daş artefaktlar və kömür, sümüklərin 30-40 min il yaşı olduğunu göstərir.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
herbiand.az

1Mənbələr