AZ

Azərbaycanda orta aylıq əməkhaqqı ARTIRILACAQ 

Orta aylıq əməkhaqqının 980,0 manatdan 990,0 manat olması proqnozlaşdırılır.   

Bizim.Media xəbər verir ki, bu barədə “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində qeyd olunub.  

Belə ki, qeyri-büdcə sektorunda əməkhaqqı artımları, habelə aparılan şəffaflaşdırma tədbirləri nəticəsində əldə olunan ümumi artım tempi və ilin növbəti aylarında baş verə biləcək gözləntilər və risklər nəzərə alınmaqla dəyişiklik layihəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmarın məbləği artırılıb.  
Bunu nəzərə alaraq, dövlət sosial müdafiə fondunun 2024-cü il üçün büdcəsində qeyri-büdcədən sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək 190,0 milyon manat artırılaraq 3387,1 milyon manatdan 3577,1 milyon manata çatdırılması məqsədəmüvafiq hesab olunur. 

Bizim.Media

Seçilən
19
7
bizim.media

5Mənbələr