AZ

“Araz market” də satılan palçıqlı kartof NARAZILIQ yaratdı – FOTO/VİDEO 

Paytaxtın iri marketlərindən sayılan “Araz market”də Cəlilabaddan gətirildiyi bildirilən və nisbətən endirimli qiymətlə satılan palçıqlı kartof alıcıların narazılığına səbəb olub. Söhbət Xətai rayonu, Nəsrəddin Tusi küçəsində Bolmartla üzbəüzdəki “Araz market”dən gedir. 

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kartofun tamamilə palçıq içində olması görüntülərdə də aydın şəkildə əks olunub.

Məhsulun bu şəkildə satışa çıxarılması çəkidə ağır gəlməsinə səbəb olmaqla, nəticədə alıcıların aldadılması kimi qiymətləndirilib. 

Bizim.Media məsələ ilə bağlı “Araz market”şəbəkəsinə müraciət edib. Şirkətdən bildirilib ki, qeyd olunan müraciət üzrə müvafiq şöbəyə yönləndirilib. 
 



Alçina Amilqızı, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
bizim.media

2Mənbələr