AZ

İlham Əliyev sərəncam imzaladı

“Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələrin və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla siyahının 1. 2-ci hissədə “xüsusi tapşırıqlar üzrə nümayəndəsi, xüsusi nümayəndəsi” sözləri “Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi” sözləri ilə əvəz edilib.

2.3-cü hissəyə “xidmət rəisinin müavinləri,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavinləri,” sözləri əlavə edilib.


Müəllif: Teleqraf.com
Seçilən
139
14
teleqraf.com

10Mənbələr