AZ

FərdiDövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.

"Report" AKAF-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 1-dən 2-dək təşkil olunacaq turnirin reqlamentə əsasən, iştirakçılar fərdi və komanda şəklində olmaqla 1 və 2 nəfərlik kayak qayıqlarında 200 metr məsafəyə mübarizə aparacaqlar.

İyunun 1-i saat 10:00-dan 15:00-dək komandaların ümumi məşqi keçiriləcək. İyunun 2-si saat 11:00-da yarışın rəsmi açılış mərasimi başlayacaq. 11:30-dan etibarən isə yarış start götürəcək.

Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediləcəklər.

Seçilən
88
3
far.az

10Mənbələr