AZ

Coşqun Rəhimov vəfat edən anasından danışıb ağladı – VİDEO 

"2010-cu il, həyatımda silinəsi gün, ay olmadı. Həyatımın geri dönüşü idi. Ağrılarım olurdu, yoldaşım məni məcbur etdi ki, həkimə gedək. Bir gün başımı aldadıb apardılar, biopsiyə getdi. Bilirdilər nədir, amma demirdilər. Cavab gəldi, adını dedilər, amma anlamıram nədir. Başqa bir həkim baxdı, dedi, xərçəngdir, sabah gəl, xəstəxanaya yatmalısan. Dedim, gələ bilmərəm, dostumun toyudur. Getdim toya, dedim, güldüm, əyləndim".


Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Astar" yutub layihəsində deyib.


Xərçəngdən müalicə olunan aktyor yaşadıqlarını danışıb:


"Səhəri ağır bir əməliyyata gedəcəkdim. Evdə halallaşdım, vəsiyyətimi etdim, evdəkiləri hazırladım. 120 şiş bir bədəndən asanlıqla çıxmadı. 2 saat planlaşdırılırdı, 13 saat əməliyyatda qaldım. Həyatsevər, heç nədən özümü xoşbəxt edən insanam. Əməliyyata gedəndə yoldaşıma dedim ki, heç kimə demə. Deyin ki, sadəcə, zobdur. Üzüm yarıya kimi soyulmuşdu. 220 tikiş, 120 şiş... Reanimasiyada məni yatızdıra bilmədilər. 14 ildir dərman içirəm, hər 3 aydan bir müayinəyə gedirəm. 5 il sonra yenidən əməliyyat oldum. İzmirdə yod içməyə getdim. Onu içməzdən əvvəl pəhrizə oturmalısan, bədəndən duz, başqa qidalar çəkilir. Bədəndə işıq kimi yanır, sonra duza imkan verirlər. 1 ay evdəkilərlə təmasda olmamalısan". 


Bir müddət əvvəl anasını itirən C.Rəhimov göz yaşlarını saxlaya bilməyib:


"Atama çox çətindir. Valideynin yaşı olmur. Anamın ölümü bizə həyatı başa saldı. Zəng etdilər ki, gəl, hallaşmaq istəyir. İnanmırdım, getdim... Hamı ilə hallaşdı. Tərkidünya idi. Dedi, bir az uzanım. Qıymırdıq onu qibləyə uzadaq. Dedi ki, get filan yerdə filan şey var, gətir, yaylığı böl birini çənəmə, birini ayağıma bağlayın. Bizi o qədər bərkitdi ki, qışqırmayın, ayıbdır. Evdə çox adam var idi. Amma halallaşanda yanında yoldaşı, övladları, gəlini idi. Anamın 15-16 nəticəsi var. Elə şərait yaratdı ki, kimsə hansısa işin arxasınca getdi. Anacaq öz uşaqlarına ölümünü göstərdi, dilində Allah sözü ilə canını tapşırdı. Elə bil bütün ağrılarımı apardı. Mənim dünyam o idi. Özüm də babayam, amma... Atam üçün çox çətindir. Deyir, şəkillərini götürün, nəsə axtarır bütün günü evdə".


Seçilən
99
23
referans.az

10Mənbələr