AZ

Niki Minaj narkotik saxlamaqda şübhəli bilinərək saxlanılıb - video

Amerikalı musiqiçi Niki Minaj Niderlandın Şiphol hava limanında narkotik saxlamaqda şübhəli bilinərək saxlanılıb.

Hərbi polis sözçüsü nos.nl saytına bildirib ki, Şipholda narkotik saxlamaqda şübhəli bilinən 41 yaşlı amerikalı qadın tutulub. Polis saxlanılan şəxsin adını açıqlamayıb, onun yaşı Minajın yaşına uyğundur.

Həbs olunmazdan əvvəl Niki Minaj “İnstaqram”da canlı yayım açıb (video hazırda əlçatan deyil). Sənətçi polislə söhbəti zamanı üzərində narkotik olmadığını deyib, bundan sonra hüquq-mühafizə orqanının əməkdaşı onu polis maşınına minməsini istəyib. Niki Minaj vəkilə ehtiyacı olduğunu deyərək imtina edib.

Minaj daha sonra “İnstaqram”da başqa bir video yayımlayıb. Həmin kadrlarda polis müğənnidən baqajının yoxlanılmasının lazım olduğunu deyir. Musiqiçi çamadanların təyyarəyə yüklənmədən əvvəl niyə yoxlanılmadığını soruşarur. Cavabında isə polis əməkdaşı bildirir ki, baqaj indi onu açmaq lazımdır. Müğənni videonun şərhində polisi onun konsertinə mane olmaq  da ittiham edib.

Müğənni daha sonra X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb ki, polis ona “marixuana” (kannabis) tapdıqlarını söyləyib. Niki Mİnajın polis bölməsinə getməsi tələb olunub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Barbie (@nickiminaj)

Niki Minaj “Pink Friday 2” dünya turnesi çərçivəsində mayın 23-də Amsterdamda çıxış edib. 

Niki Minaj 12 dəfə “Qremmi” mükafatı laureatıdır. Müğənninin 2010-cu ildə işıq üzü görən “Pink Friday” adlı debüt albomu və “Your Love” adlı sinqlı “Billboard” hit-paradlarında birinci olub. 2023-cü ildə Minaj “Barbie” filminin saundtrekinə daxil olan “Barbie World” mahnısını ifa edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
buta.media

1Mənbələr