AZ

Ermənistan su altında qalıb. Ölən var - video

Ermənistanın şimalında Debed çayının daşması nəticəsində ən azı bir nəfər ölüb, binalar və infrastruktur dağılıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Gürcüstana gedən yol hər iki istiqamətdə bağlanıb. “Rusiya Dəmir Yolları” QSC-nin törəmə şirkəti İrəvan-Tbilisi-İrəvan reyslərini dəmir yolu xətlərində baş verən sürüşmə səbəbindən ləğv edib.

Güclü yağışlardan sonra Baqrataşen keçid məntəqəsindən Ermənistan-Gürcüstan dövlət sərhədinə gedən yol keçilməz olub. Ermənistan gömrüyü sahibkarlıq subyektlərini Qoqavan və ya Bavra keçid məntəqələri vasitəsilə Gürcüstandan Ermənistana və əks istiqamətdə yük daşımalarını təşkil etməyə çağırır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
buta.media

1Mənbələr