AZ

Əfqanıstan vətəndaşı Astarada öldü

Astaranın Pəlikeş kəndində qonaq olan Əfqanıstan vətəndaşı ölüb.

Belə ki, Bakı şəhərində yaşayan Əfqanıstan vətəndaşı, 1956-cı il təvəllüdlü Mohammad Rasul Fahimi Astaranın Pəlikeş kəndində qohumlarının evində qonaq olub.

Ölümün nədən baş verdiyi hələlik məlum deyil. Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün səbəbi məlum olacaq.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
96
27
buta.media

10Mənbələr