AZ

Gənc qalmağın sirri: 30 yaşdan sonra qəbul edilməli olan 3 əlavə

İllər keçdikcə dəri elastikliyini itirir və qırışlar yaranır.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu vəziyyətin qarşısını almaq üçün tək çarə plastik cərrahiyyə və botoks kimi müdaxilələr deyil. 30 yaşdan sonra 3 əsas əlavəni qəbul edərək daha gənc qalmaq mümkündür. Qida əlavələri dərinizin daha yaxşı görünməsini təmin edə bilər.

Bədənimiz bütün hüceyrələrini daim yeniləyir. Məsələn, dəri hüceyrələrimiz hər 30 gündə, beyin hüceyrələrimiz isə 90 gündən bir yenilənir. Qəbul etdiyimiz bəzi əlavələr bu regenerasiyanı sürətləndirir və bizə qırışsız, gənc görünən dəri bəxş edir.
ABŞ-da yaşayan qidalanma üzrə mütəxəssis Cennifer Henuey 30 yaşdan yuxarı insanlara tövsiyə etdiyi üç qida əlavəsindən bəhs edib.

Amin turşusu

"MindBodyGreen"ə danışan Cennifer bildirib ki, insanlar 20 yaşının sonlarına daxil olduqda kollagen istehsalı yavaşlayır. Kollagen dəri, əzələlər, sümük və birləşdirici toxuma quruluşunu təmin edir. İnsanlar kifayət miqdarda amin turşuları qəbul edəərk kollagen istehsalını artıra bilərlər.

"Təəssüf ki, bədənimiz beynimiz, ürəyimiz və ya ağciyərlərimizdən fərqli olaraq dəriyə artıq vacib bir orqan kimi üstünlük vermir.
Az və ya kifayət qədər zülal istehlak etsək, bədən bu əlavə amin turşularını dərimizin, saçlarımızın və ya dırnaqlarımızın sağlam görünmələrini təmin etməyə sərf etməyəcək. Ona görə də əlavə olaraq amin turşusu qəbul etmək böyük əhəmiyyət kəsb edir", - deyə mütəxəssis qeyd edib.

Omeqa -3

İnsanlar yaşlandıqca dəri bariyerləri zəifləyir. İltihab, qida çatışmazlığı kimi daxili stress amilləri və günəşə məruz qalma, çirklənmə kimi xarici amillər də dəriyə zərər verə bilər.

Plastik cərrah Dr. Entoni Youn bildirib ki, tərkibində Omeqa-3 yağ turşuları olan qidalar yemək qocalma prosesini yavaşlatmaq üçün ata biləcəyimiz ən böyük addımdır:

"Güclü Omeqa-3 yağ turşuları təkcə dərinizə deyil, beyninizə də faydalıdır. Tədqiqatlar göstərir ki, Omeqa-3 əlavələrinin qəbulu dərinin iltihab reaksiyasını tarazlaşdırmağa kömək edə bilər".

KOENZİM Q10

Bədən tərəfindən təbii olaraq istehsal olunan bir antioksidant olan CoQ10 hüceyrə böyüməsini və qorunmasını dəstəkləyir.

Dərinin gənc olmasına kömək edən fibroblastları, kollagen istehsal edən hüceyrələri və elastik lifləri qoruyur. Tədqiqatlar, həmçinin sübut edib ki, KOENZİM Q10 qəbulu qırışları azaldır və dərinin hamarlığını təmin edir.

Qeyd edək ki, bütün bu əlavələri hansı dozada qəbul edəcəyinizi bir mütəxəssisə müraciət edərək müəyyənləşdirməlisiniz.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
244
50
milli.az

10Mənbələr