Zelenskidən amerikalı və çinli həmkarlarına ÇAĞIRIŞ
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Bayden və Çin lider Si Cinpini 15-16 iyunda İsveçrədə keçiriləcək sülh konfransında iştirak etməyə çağırıb.
aia.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yerləşdirdiyi videoda bildirib.
Zelenskinin sözlərinə görə, dəvət olunmuş 160 dövlətdən 80-dən çoxu artıq iştirakını təsdiqləyib.
“Mən indiyə qədər sülh sammitinə hazırlaşmaq üçün qlobal səylərin kənarında olan dünya liderlərinə müraciət edirəm: Prezident Bayden, ABŞ lideri, Prezident Si, Çin lideri. Zərbələr arasında fasilə deyil, sülhün olması üçün liderliyinizi göstərin”, - deyə Zelenski qeyd edib.
"Bloomberg" nəşri yazıb ki, Co Bayden İsveçrədəki konfransda iştirak etməyə bilər. O, seçki kampaniyasına vəsait toplamaq üçün həmin vaxt Kaliforniyaya gedəcək.
Çin sammitdə iştirakını təsdiqləməyib.
aia.az