AZ

Qadın 10 yaş kiçik sevgilisini öldürdüyünü etiraf etdi - VİDEO

Bakıda Ruhiyyə Əhmədovanın qeyri- rəsmi münasibətdə yaşadığı Samir İsrafilovu bıçaqlaması şübhəsi ilə bağlı detallar məlum olub.

Cütlüyün qonşusu Fəridə Tarverdiyeva bildirib ki, hadisədən sonra Ruhiyyə ona məsələnin baş verməsindən danışıb:

"Dedi ki, ana və atama pis söyüşlər söydü. Ona görə də dayan bilməyib həmin şəxsi ürək nahiyəsindən bıçaqladım".

Daha ətraflı Baku Tv-nin süjetində:

--- 11:02

Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində törədilmiş qətl hadisəsi ilə bağlı maraqlı detal üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, S.İsrafilovla R.Tahirova qeyri-rəsmi ər-arvad münasibətində yaşayırmışlar.

Qeyd edək ki, Sabunçu rayonunun Sabunçu qəsəbəsində 1986-cı il təvəllüdlü Samir Yanvar oğlu İsrafilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.

-- 10:30

Bu gün saat 9 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində 1986-cı il təvəllüdlü Samir Yanvar oğlu İsrafilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Ruhiyyə Mürvət qızı Tahirova polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
145
7
avtosfer.az

10Mənbələr