AZ

Şəhid ataları və qazilər Cəbrayıl, Zəngilan və Qubadlıda olublar

Bakı, Lənkəran, Astara və Sabirabaddan olan, 44 günlük Vətən müharibəsində Şərqi Zəngəzur bölgəsinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında erməni işğalçılarına qarşı döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş əsgərlərimizin valideynləri və qazilər həmin torpaqlara səfər ediblər.

“İki sahil” xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində gerçəkləşən səfər “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi tərəfindən təşkil olunub.

Şəhid Mahsun Bağırzadənin atası Zahir Bağırov, şəhid Bəxtiyar Mayılovun atası İxtiyar Mayılov övladlarının şəhid olduqları məkanları ziyarət edib, onların səngər yoldaşları, son döyüşlərinin şahidləri baş leytenant Elnur Talıbov, II qrup əlil Möhnət Səmədovun xatirələrini dinləyiblər.

Şəhidlərin II Qarabağ müharibəsində hərbi xidmət keçdikləri N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüşdə çıxış edən şəhid ataları və qazilər, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu, AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, şair, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu və başqaları Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizin göstərdikləri igidlikdən danışıb, qazanılan möhtəşəm Zəfərin tarixi-siyasi, mənəvi-psixoloji əhəmiyyətini vurğulayıblar.

Səfər iştirakçıları Cəbrayıl, Zəngilan və Qubadlıda görülən genişmiqyaslı bərpa-tikinti işləri ilə, Zəngilanın Ağalı kəndində yurd yerlərinə qayıdan ailələr üçün yaradılan şəraitlə tanış olublar.

Seçilən
156
3
ikisahil.az

4Mənbələr