AZ

İçərişəhərdə “Uşaqlar üçün İrs” Festivalı baş tutdu

1-2 iyun 2024-cü il tarixlərində İçərişəhərdə, “Uşaqlarlar üçün İrs” – 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş mədəniyyət və yaradıcılıq festivalı keçirilib.

 

İki gün davam edən festivalda İçərişəhər ərazisində uşaqlara tarixi-mədəni irsimizi, incəsənətimizi, sənətkarlığı tanıtmaq və yaradıcılıq fəaliyyətini aşılamaq məqsədilə bir sıra tədbirlər keçirlib. Festival çərçivəsində, ilk dəfə olaraq, Şirvanşahlar Sarayı Kompleksində muzeyin gənc ziyarətçiləri üçün, XI-XX əsrlərə aid uşaqlara aid eksponatların sərgiləndiyi “Uşaqlar üçün Tarix” ekspozisiyası nümayiş olunub. Ekspozisiyanın ən qədim artefaktı Şirvanşahlar Sarayı ərazisində tapılmış, XI-XII əsrə aid, saxsıdan hazırlanmış ördək formalı uşaq üçün nəfəsli musiqi alətidir. Sərginin ən müasir əşyası isə 1980-ci ildə Azərbaycan Oyuncaq Fabrikində hazırlanmış gəlincikdir.

 

“Uşaqlarlar üçün İrs” festivalının balaca ziyarətçilərində Tahir Salahovun “Güllər” sərgisi və Bakı Marionet Teatrında kuklalarla tanışlıq xüsusi marağa səbəb olub. Tədbir zamanı, həmçinin gənc rəssamların əsərlərinin sərgisi, sənətkarlıq üzrə ustad dərsləri, əyləncəli oyunlar, “Tıq-tıq xanım” teatr tamaşası, “Sehrli xalat” filmi, musiqili proqram və müxtəlif idman növlərinin nümayişi keçirilib.

Seçilən
162
4
modern.az

10Mənbələr