AZ

Dünyanın “ən dadlı” 20 şəhəri - SİYAHI 

Ekspertlər minlərlə yerli sakin arasında sorğu keçirərək dünyanın əsas kulinariya paytaxtlarını müəyyən ediblər.
 
Deyirlər ki, başqa ölkənin mədəniyyətini öyrənməyin ən yaxşı yolu yerli mətbəxdən keçir. Bu fikri orada nə yeyib-içə biləcəyinə əsaslanaraq növbəti səyahət istiqamətlərini seçən milyonlarla qastroturist bölüşür.
 
Lent.az-ın xəbərinə görə, əyləncə və mədəniyyət jurnalı “Time Out” 2024-cü ildə qastro-turistlərin ziyarət edə biləcəyi dünyanın ən yaxşı 20 şəhərini müəyyən edib. Nəşr onların hər birindəki ən dadlı yeməklərin də adını çəkib ki, onları qaçırmaq olmaz. Bunun üçün jurnalistlər minlərlə yerli sakindən öz şəhərlərində harada və nə yeməyə üstünlük vermələri ilə bağlı sorğu keçiriblər.

Eyni zamanda, tərtibçilər ulduzlu restoranların elit mətbəxinə deyil, hətta küçədə belə yeyilə bilən hər gün üçün sadə və sərfəli yeməklərə diqqət yetirməyə qərar veriblər.

Reytinqdə birinci yerdə pizzanın vətəni sayılan İtaliyanın Neapol şəhəri qərarlaşıb - məhz orada bu dünyaca məşhur yemək 19-cu əsrdə fəhlə sinfi üçün tez və sərfəli yemək kimi icad edilib. İndi dünyanın hər yerindən turistlər “Marqarita” pizzasını dadmaq üçün şəhərə axışırlar. Neapolda başqa nə görməyə və sınamağa dəyər? 

2024-cü ildə qastro turistlər üçün dünyanın ən yaxşı 20 şəhəri

1. Neapol, İtaliya: “Marqarita” pizzası.
   
2. Yohannesburq, Cənubi Afrika Respublikası: Kota sendviçi. 

3. Lima, Peru: balıq və dəniz məhsulları yeməyi seviçe. 

4. Xoşimin, Vyetnam: Pho Saigon şorbası. 

5. Pekiye, Çin: Pekin ördəyi.

6. Banqkok, Tailand: Som tum papaya və karides salatı. 

7. Kuala-Lumpur, Malayziya: nasu-lemak kokos südlü düyü.

8. Mumbay, Hindistan: Vada pav kartof kotletli sendviç.  

9. Dubay, Birləşmiş Ərəb Əmirlikləri: Mandi düyü və ət yeməyi.

10. Portlend, ABŞ: pizza.

11. Liverpul, Böyük Britaniya: raqu skaus.

12. Medellin, Kolumbiya: boşqabda bandeha pais qəlyanaltısı.

13. Sevilya, İspaniya: Serranito donuz əti sendviçi.

14. Porto, Portuqaliya: Francezinya qızardılmış çörək sendviçi.

15. Mərakeş, Mərakeş: ət və tərəvəzdən hazırlanmış tacin yeməyi.

16. Lion, Fransa: brioş bulkada kolbasa.

17. Sidney, Avstraliya: Avstraliya bifteki.

18. Monreal, Kanada: Poutine - Üzərinə duzlu pendir və yüngül şirinləşdirilmiş sous qoyulmuş kartof qızartması.

19. Osoka, Yaponiya: takoyaki - qaynadılmış ahtapot və digər inqrediyentlərlə doldurulmuş xəmir topları.

20. Kopenhagen, Danimarka: qara çörək ilə smerrebred.

Seçilən
173
2
moderator.az

3Mənbələr