AZ

İçərişəhərdə “Uşaqlar üçün İrs” Festivalı baş tutdu

Bakı. Trend:

1-2 iyun 2024-cü il tarixlərində İçərişəhərdə, “Uşaqlarlar üçünİrs” – 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşmədəniyyət və yaradıcılıq festivalı keçirilib.

Trend xəbər verir ki, iki gün davam edən festivalda İçərişəhərərazisində uşaqlara tarixi-mədəni irsimizi, incəsənətimizi,sənətkarlığı tanıtmaq və yaradıcılıq fəaliyyətini aşılamaqməqsədilə bir sıra tədbirlər keçirlib. Festival çərçivəsində, ilkdəfə olaraq, Şirvanşahlar Sarayı Kompleksində muzeyin gəncziyarətçiləri üçün, XI-XX əsrlərə aid uşaqlara aid eksponatlarınsərgiləndiyi “Uşaqlar üçün Tarix” ekspozisiyası nümayiş olunub.Ekspozisiyanın ən qədim artefaktı Şirvanşahlar Sarayı ərazisindətapılmış, XI-XII əsrə aid, saxsıdan hazırlanmış ördək formalı uşaqüçün nəfəsli musiqi alətidir. Sərginin ən müasir əşyası isə 1980-ciildə Azərbaycan Oyuncaq Fabrikində hazırlanmış gəlincikdir.

“Uşaqlarlar üçün İrs” festivalının balaca ziyarətçilərində TahirSalahovun “Güllər” sərgisi və Bakı Marionet Teatrında kuklalarlatanışlıq xüsusi marağa səbəb olub. Tədbir zamanı, həmçinin gəncrəssamların əsərlərinin sərgisi, sənətkarlıq üzrə ustad dərsləri,əyləncəli oyunlar, “Tıq-tıq xanım” teatr tamaşası, “Sehrli xalat”filmi, musiqili proqram və müxtəlif idman növlərinin nümayişikeçirilib.

Seçilən
132
4
az.trend.az

10Mənbələr