Bakıda dəhşətli intihar hadisəsi olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində “Siyaqut” şadlıq sarayının yaxınlığında qeydə alınıb.
Gənc oğlan hündürmərtəbəli binanın 16-cı mərtəbəsində özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Onun komendant olduğu bildirilir.
Nəticədə binadan özünü atan və komendant yerindəcə keçiniblər.
Özünü binadan atan şəxs 23 yaşlı Orucov Yaftum Yaşar oğludur. Komendant isə 52 yaşlı Məmiyev Namiq Abı oğludur.