Şirkət rəhbəri Elmir Aslanlı qanunsuz işlətdiyi xanımın əmək haqqısını verməkdən imtina edirAzərbaycanda son illər özəl şirkətlərdə əmək müqaviləsi olmayan işçilərin sayı azalmasına baxmayaraq, hələ də bu problem öz aktuallığını saxlayır.AzFakt.com xəbər verir ki, belə şirkətlərdən biri də dərman pereparatlarının satışı ilə məşğul olan "Miral" MMC-dir.Vətəndaş Aynur Şıxəliyev adlı şəxsin sosial şəbəkədə paylaşdığı məlumatda iddia edilir ki, "Miral" MMC şirkəti onu əmək müqaviləsi olmadan işlədib və işlədiyi 2 aylıq əmək haqqısını 1500 manatı ödəmir. Aynur Şıxaəliyeva qeyd edib ki, əmək haqqını (1500 manat) almaq üçün dəfələrlə "Miral" MMC-nin rəhbəri Elmir Aslanlı ilə əlaqə yaratsa da, adıçəkilən şəxs müxtəlif bəhanələr gətirərək, vaxt almaqla onu aldadır.Bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilirlər.Məlumata görə, "Miral" MMC işlətdiyi işçilərlə heç bir əmək müqaviləsi bağlamır və qanunu bilərkdən pozur.Qeyd edək ki, 2023-cü ildə Qida Təhlükəsizliyi Agentliyi tərəfində "Miral" MMC-nin ölkəyə idxal etdiyi Pakistanda fəaliyyət göstərən “Salbion Health Sciences Pvt Ltd” şirkətinin istehsalı olan, ümumi miqdarı 3000 ədəd təşkil edən “Sele Forte kapsul №30” adlı bioloji aktiv qida məhsullarında ağır metalların Kadmium (Cd) miqdarının normadan artıq olduğu aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun qərar qəbul olunub və istehlaka yararsız bioloji aktiv qida məhsulları məhv edilib.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta