AZ

İnternetdən asılı olan gənclərin beyin funksiyası

 

  İnternetdən asılı olan gənclərin başında beynin aktiv təfəkkürlə əlaqəli hissəsində funksional əlaqələrin azaldığı müəyyən edilib.

  “Science Daily” jurnalı yazır ki, tədqiqatçılar 10-19 yaş arası yeniyetmələr üzərində funksional maqnit rezonans görüntüləmə (FMRİ) istifadə edən 12 məqaləni nəzərdən keçiriblər.

  Asılılığı olmayan həmyaşıdları ilə müqayisədə internet asılılığı diaqnozu qoyulan gənclərin beyninin diqqət, planlaşdırma, qərar vermə və impuls idarəetmə bölgələrində eyni vaxtda istifadə edilməsi lazım olan fəaliyyətlərdə birlikdə işləmək qabiliyyətinin zəiflədiyi müşahidə edilib. Onların beyinlərindəki bu dəyişikliklərin yeniyetmələrdə asılılıq yaradan davranış və meyllərlə yanaşı, intellektual qabiliyyət, fiziki koordinasiya, psixi sağlamlıq və inkişafla bağlı davranış pozuqluqlarına səbəb ola biləcəyi müəyyən olunub.

  Araşdırma qrupundan Maks Çanq yeniyetməliyin mühüm şəxsi və bioloji dəyişikliklərin meydana gəldiyi bir inkişaf mərhələsi olduğuna və bu dövrdə beynin internet asılılığı çağırışlarına qarşı həssas olduğuna diqqət çəkib.



Seçilən
153
10
trt.net.tr

10Mənbələr