AZ

İxtisas şəhadətnaməsinin üstünlükləri

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili va keçirilməsi, qiymətləndiricinin şəhadətnaməsinin forması və verilməsi qaydaları təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

İxtisas şəhadətnamələri nədir? Bu şəhadətnaməni əldə etmək üçün keçirilən imtahan kimlərə şamil olunacaq və ümumiyyətlə bu şəhadətnamələrin nə kimi üstünlükləri olacaq?

Qurumlar və MMC fəaliyyəti altında qiymətləndirmə həyata keçirən müstəqil ekspertlər imtahana cəlb olunacaqlar. Xüsusən bank xidmətləri, dəymiş zərərin ödənilməsi və təhsil ilə bağlı müxtəlif qiymətləndirmənin həyata keçirən şəxslərdən öz fəaliyyət istiqamətini təsdiqləyən sənəd, ixtisas şəhadətnamələri tələb olunacaq. Ekpertlər hesab edirlər ki, bu pərakəndəliyi aradan qaldıracaq hüquqi olmayan hər-hansı bir rəylərin və fikirlərin irəli sürlüməsininin bir mənalı şəkildə qarşısını alacaq.

KAMRAN ƏSƏDOV-TƏHSİL MƏSƏLƏLƏRİ ÜZRƏ EKSPERT bildirdi ki, bu günləri hətta ali təhsil müəsisələrinə qəbul zamanı və yaxud müəllimlərin işə qəbulu ilə bağlı müəyyən qiymətləndirmələr həyata keçirilir. Amma bu sahədə qiymətləndirmə ilə məşğul olan şəxslərin ixtisas şəhadətnaməsi yoxdur, yəni bu sahədə bilik və bacarığına malik olmasını təsdiq edən hər-hansısa bir hüquqi sənədi yoxdur. Hətta bununla bağlı dünya təcrübəsində ekspertlik səhadətnaməsi var. Biz bunu, əslində, ixtisas səhadətnamələrini ekspertlik şəhadətnaməli ilə də eyniləşdirə bilirik ki, həqiqətən də ixtisas şəhadətnamələri almış şəxslər bilavasitə çox rahatlıqla həmin sahə üzrə məşğul ola biləcəklər.

Ekspert deyir ki, ixtisas səhadətnamələri hər hansısa bir işǝ qəbul prosesinə birbaşa hüquqi sənət kimi qəbul edilməsə də, işǝ qəbulla bağlı bəzən işəgötürən tərəfindən digər müraciət edənlərdən üstünlüyə malik olmaq kimi qiymətləndirilə bilər. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsini Dövlət İmtahan Mərkəzi təşkil edəcək. İmtahanlar müxtəlif 10 fəaliyyət istiqamətləri üzrə keçiriləcək. Sənəd qəbulu imtahanın keçirilmə tarixindən 45 gün əvvəl elan olunacacaq. İmtahan iştirakçılarının ali təhsilli olması və eyni zamanda ixtisasları üzrə ən azı 3 illik təcrübəyə malik olması mütləqdir.

SÜRƏYƏ CƏFƏROVA-DİM-İN FUNKSİONAL SƏRİŞTƏLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ SEKTORUNUN MÜDİRİ bildirdi ki, imtahan zamanı onlara 30 sual təqdim olunacaq.Test tapşırığı imtahanı bir mərhələdən ibarət olacaq yazılı formada testdən ibarətdi.

30 sualın arasında həm qapalı tipli test tapşırıqları eyni zamanda açıq tipli test tapşırıqları təqdim olunacaq.Bu tapşırıqlar üzrə həmin namizədlərin həm müvafiq sahədə bilikləri ola bilsin ki, qiymətləndirmə fəaliyyəti sahəsində qanunvericiliyə dair ümumi məlumatları, eyni zamanda bu fəaliyyəti həyata keçirmək üçün müvafiq səriştələrə malikdilər, yoxsa yox o qiymətləndiriləcək.

Ümumilikdə 30 sualın hamsına yaxşı cavab versələr, maksimal 60 bal toplaya bilirlər.

İmtahandan müvəffəqiyyətlə keçmək üçün tələb olunan göstərici minimal 50 faizlik nəticə yəni 30 baldır.

Qeyd edək ki, İxtisas şəhadətnaməsinin verilməsi üçün haqq tutulmur. Ancaq ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 98 manatdır.

Bu Qaydalar "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 6.6-cı maddəsinə uyğun olaraq hazırlanmışdır və qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili vǝ keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi qaydalarını müəyyən edir.

Məmmədova Kubraxanım

BDU Jurnalistika fakültəsi , IV kurs

Seçilən
167
50
xalqqazeti.az

10Mənbələr