Şabranda avtomobil yeniyetməni vuraraq öldürüb
Şabran şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, 2008-ci il təvəllüdlü Leyla Fariz qızı Osmanovanı minik avtomobili vurub.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.