Yəmənin şimalında hakim şiə "Ənsar Allah" (Husi) hərəkatının təhlükəsizlik qüvvələri beynəlxalq təşkilatların ən azı 17 əməkdaşını saxlayıblar.
Publika.az xəbər verir ki, onların arasında BMT-nin 11, Milli Demokratiya İnstitutunun 3 və yerli insan haqları qrupunun 3 əməkdaşı var.
“Son üç gün ərzində husilər Həcc, Hodeyda, Səada və Sənada BMT-nin 11 əməkdaşını saxlayıblar”, - məlumatda deyilir.
Yəmənin paytaxtı Səna və ölkənin şimalının böyük bir hissəsinə nəzarət edən husi qruplaşmasının kəşfiyyatçıları beynəlxalq təşkilatların əməkdaşlarının evlərinə və ofislərinə basqın edib, onların telefon və kompüterlərini ələ keçiriblər.