Türkiyənin Edirnə şəhərində sürücülük vəsiqəsi olmayan motosiklet sürücüsü ağır yol qəzası törədib.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Atatürk Bulvarında qeydə alınıb.
Məlumata görə, 78 yaşlı İsmayıl Topçu nizamlanmayan piyada keçidindən keçən zaman 21 yaşlı Cihan A.-nın idarə etdiyi motosiklet onu vurub.
Zərbənin təsirindən asfalt zəminə çırpılan piyada bir neçə metrə sürüklənib.
Nəticədə İsmayıl Topçu ağır, motosiklet sürücüsü və sərnişini isə yüngül xəsarətlər alıb.
Ağır yaralanan İsmayıl Topçu, hadisə yerinə cəlb edilən ambulansla xəstəxanaya çatdırılıb.
Polis, Cihanın sürücülük vəsiqəsinin olmadığını müəyyən edib və ifadəsinin alınması üçün bölməyə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev