AZ

“Transfermarkt” La Liqanın ən bahalı futbolçularını açıqladı

“Transfermarkt” internet-portalı iyun yenilənməsinin nəticələri üzrə İspaniya La Liqasının ən bahalı futbolçularının siyahısını təqdim edib.

Arena.az məlumat verir ki, “Real”ın braziliyalı sol vingeri Vinisius Junior İspaniya Liqasının ən bahalı futbolusu olub.

Eyin zamanda, Vinisius dünyanın ən bahalı 4 futbolçusundan biridir.

İspaniya La Liqasının ən bahalı oyunçularının ilk onluğu:

  1. Vinisius Junior (“Real”) – 180 milyon avro;
  2. Cude Bellingem (“Real”) – 180 milyon avro;
  3. Federiko Valverde (“Real”) – 120 milyon avro;
  4. Rodriqo Qoes (“Real”) – 110 milyon avro;
  5. Orelyen Tçuameni (“Real”) – 100 milyon avro;
  6. Eduardo Kamavinqa (“Real”) – 100 milyon avro;
  7. Lamin Yamal (“Barselona”) – 90 milyon avro;
  8. Qavi (“Barselona”) – 90 milyon avro;
  9. Pedri (“Barselona”) – 80 milyon avro;
  10. Frenki de Yonq (“Barselona”) – 70 milyon avro.

Vurğulayaq ki, “Real”ın yeni transferi, fransalı ulduz hücumçu Kilian Mbappe siyahıda yer almayıb. Belə ki, Mbappenin “qaymaqlılar”ın düşərgəsinə rəsmi keçidi iyunun 30-da PSJ ilə cari müqaviləsi rəsmən başa çatdıqdan sonra gerçəkləşəcək.

Seçilən
211
arena.az

1Mənbələr