AZ

Türkiyədə dörd cinayətkar dəstə çökdürüldü - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Türkiyədə "Kuyu-4" əməliyyatı keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya sosial şəbəkədəki səhifəsində məlumat verib.

"Mərkəzi İstanbul olmaqla Ankara, Diyarbəkir, Kilise, Muğla, Mersin, Antalya, Kocaeli, Hakkari, Mardin, Van və Balıkəsir kimi şəhərlərdə beynəlxalq narkotik ticarəti və çirkli pulların yuyulması ilə məşğul olan dörd mütəşəkkil cinayətkarlıq təşkilatına qarşı keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları tərəfindən 3 ton 367 kq narkotik vasitə və psixotrop həblər aşkarlanıb. 62 narkotik ticarəti şübhəlisi saxlanılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 200 ədəd daşınmaz əmlak, 85 ədəd minik avtomobili, sənədsiz silah-sursat, külli miqdarda xarici valyuta və türk lirəsi, xeyli qızıl və zinət əşyaları müsadirə edilib", - deyə məlumatda bildirilir.

Mənbə: oxu.az

Aqreqator
Seçilən
257
5
oxu.az

6Mənbələr