AZ

İsveçrə Ukraynaya 60, 5 milyon avro verəcək, bu vəsaitlər nəyə xərclənəcək?..

"Bu vəsaitlər həmçinin Ukraynanın müharibədən zərər çəkdiyi regionların və ölkənin gələcək bərpası üçün vacib olan layihələrə yönəldiləcək..."

 
İsveçrə Ukraynanın bərpası üzrə növbəti Konfransda rəsmən yardım haqqında elan edəcək, bu maliyyələşmə 4 il ərzində daxil olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin mətbuat xidməti məlumat verib. Məlumatı "parvda.com.ua" nəşri yayıb.
 
Məlumatda deyilir ki, İsveçrə Federal Şurası 4 il ərzində rəqəmsallaşma və elektron idarəetmə sahəsində dəstək üçün Ukraynaya 58, 7 milyon İsveçrə frankı (60, 52 milyon avro) verməyi qərara alıb. 
 
Bu ölkə qeyd edilən vəsaitləri "hakimiyyətin hesabatlığı və cəmiyyətin cəlb edilməsi üçün elektron idarəetmə" (EGAP) lahiyəsi çərçivəsində təqdim ediləcək, bu da Ukrayna hakimiyyətinin rəqəmsal transformasiyasına kömək edəcək. İsveçrə tərəfindən 2015 ci ildən buna dəstək verilir.
 
"2024-2028-ci illər ərzində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi Ukraynaya 58, 7 milyon İsveçrə frankı ayıracaq", - məlumatda deyilir. 
 
Bu vəsaitlər həmçinin Ukraynanın müharibədən zərər çəkdiyi regionların və ölkənin gələcək bərpası üçün vacib olan lahiyələrə yönəldiləcək.
 
Əsas istiqamətlər arasında səhiyyə, təhsil və humanitar minalardan təmizlənmə göstərilir. 
 
İsveçrə bu yardım barədə Ukraynanın bərpası üzrə iyunun 11-12-də Berlində keçiriləcək növbəti Konfransda elan edəcək.
 
Usveçrə və İkrayna - son xəbərlər 
 
Xəbər verildiyi kimi, İsveçrə parlamenti Ukraynaya 5, 58 milyard ABŞ dolları məbləğində maliyyə yardımının ayrılmasını rədd edib.
 
Bu qərara səbəb bu planın neytral ölkədə məhdudiyyətlərin pozulması hesab edilməsidir. 
 
Həmçinin məlumat verilib ki, İsveçrədə sülh sammiti ərəfəsində Rusiya casuslarının ölkədən çıxarılması qərarı verilib.
 
"Xarici dövlətlər hiss etməlidir ki, İsveçrə onların təhlükəsizliyinin pozulmasına münasibət bildirir və özünü müdafiə edir", - ölkə prezidenti Viola Amherd qeyd edib.
Seçilən
230
50
moderator.az

10Mənbələr