AZ

Britaniya Hərbi Dəniz Qüvvələri: Yəmən sahillərində gəmiyə hücum edilib

Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Yəmən sahillərində naməlum şəxslərin gəmiyə hücumu barədə məlumat yayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

"UKMTO Yəmənin Ədən körfəzindən 80 dəniz mili cənub-şərqində baş vermiş insidentlə bağlı məlumatlandırılıb. Səlahiyyətlilər hadisəni araşdırır. Gəmilərə ehtiyatlı davranmaq və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermələri tövsiyə olunur".

UKMTO-nun hücum kimi təsnif etdiyi hadisənin təfərrüatları verilməyib. Hadisə ilə bağlı məlumat mərkəzə gəminin kapitanından daxil olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
246
11
ikisahil.az

10Mənbələr