Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Metronun “Qara Qarayev” stansiyası yaxınlığında yolu keçən 1986-cı il təvəllüdlü Novruzlu Lamiyə Bəhram qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyinin əziyi diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Report
Tarix: 10 İyun 2024, 07:30