AZ

Mayda doğulan oğlan körpələrin sayı yenə çoxluq təşkil edib

Mayda Azərbaycanda doğulan 8 540 körpəyə birdəfəlik müavinət verilib. Bu barədə Dövlət Sosial Müdafiəsi Fondunun rəsmi facebook hesabında bildirilib. 
 
Doğulanların 4656 nəfəri oğlan, 3884 nəfəri qız uşağı təşkil edib. 
 
Azərbaycanda 2023-cü il 112 min 620 körpə doğulub. Onlardan 59 814-ü oğlan, 52 806-sı qızdır.
 
Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir. 
 
Ötən il abortların sayı 21,4% və ya 15 817 abort artaraq 73 816 olub. 15 - 49 yaşlı hər 1000 qadına düşən abortların sayı 27,9 olub.
 
2023-cü ildə BMT-nin Əhali Fonun baş müşaviri Fərid Babayev deyib ki, Azərbaycan 2 ildir ardıcıl olaraq selektiv abortlara görə dünyada birinci yeri tutur.
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
270
2
anews.az

1Mənbələr