Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistanın KTMT təşkilatına borcu var. RF XİN-in açıqlamasında KTMT təşkilatının üzvü olaraq Ermənistanın üzərinə düşən öhdəliklərin ləğv edilmədiyi, ölkənin təşkilatın büdcəsinə vəsait keçirməli olduğu bəyan edilib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan XİN-in açıqlamasında ölkə rəhbərliyinin 2024-cü il üçün KTMT büdcəsinə vəsait ödəmək niyyətində olmadığı bildirilmişdi. Ermənistan XİN-in mətbuat katibi Ani Badalyanın açıqlamasında deyilir: "İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurasının 23 noyabr 2023-c il tarixli "KTMT-nin 2024-cü il büdcəsi haqqında" qərarına qoşulmaqdan və Təşkilatın fəaliyyətinin bu qərarda nəzərdə tutulmuş qaydada maliyyələşdirilməsində iştirakdan kənarda qalmağı qərara alıb".
Hürr Tərcüman