AZ

Fransa ilə ABŞ-ı ölkədən çıxaran Niger öz ərazisində Rusiyanın hərbi bazasını yerləşdirmək istəyir

Hurriyyet.az xəbər verir ki, Niger fransızları və amerikalıları öz ərazisindən qovduqdan sonra Rusiyanın hərbi bazalarını ölkə daxilində yerləşdirmək niyyətində olduğunu bəyan edib.

Niger hakimiyyəti ölkədə olan çoxsaylı terror təşkilatları ilə mübarizə aparmaq məcburiyyətində olduğundan Rusiya Silahlı Qüvvələrinin hərbi bazasının öz ərazisində yerləşdirilməsində maraqlıdır. Bu barədə Rusiyanın Nigerdəki fəxri konsulu Addo İro "İzvestiya" nəşrinə müsahibəsində məlumat verib. İro deyib: "Biz bunu qəbul etməyə hazırıq. Təhlükəsizlik vəziyyətinin yaxşılaşdığını deyə bilmərik. Terror aktlarının sayını azaltmaq üçün dövlətimiz əlindən gələni edir".

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
hurriyyet.az

1Mənbələr