AZ

Baqrat erməniləri döyüşə səslədi – “Təndiri yandırmaq istəyən, gəlsin”

Erməni politoloq Harutyun Mkrtçyan revanşist keşiş Baqrat Qalstanyanın vətəndaşları toqquşma və döyüşə çağırmasına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, ekspert keşişin Ermənistan vətəndaşlarını öz ambisiyalarına qurban vermək istədiyini bildirib.

“Toqquşmaya çağırış edilir. Kimin “təndiri yandırmaq” arzusu varsa, iştirak edə bilər”, - Mkrtçyan söyləyib.

Qalstanyan və dəstəsi dünəndən İrəvanda oturaq aksiyaya başlayıb, o, bu yolla hakimiyyət dəyişikliyinə nail olacaqlarına ümid etdiyini bildirib.

Baqrat səhər saatlarında vətəndaşlara müraciət edərək Ermənistan hakimiyyətinə qarşı döyüşə səsləyib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
175
teleqraf.com

1Mənbələr