AZ

Ultrasağçı və mühafizəkar siyasi partiyalar Avropa Parlamentində daha çox yer alıb

Ultrasağçı

Budapeşt, 10 iyun, AZƏRTAC

Mayın 9-da Avropa İttifaqı ölkələrində Avropa Parlamentinə keçirilən seçkilər ultrasağçı qüvvələrə daha çox xoş xəbərlər gətirib.

AZƏRTAC xəbər verir ki, Almaniyada müxalif mühafizəkar Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik bloku birinci yerdə qərarlaşıb. Federal kansler Olaf Şoltsun partiyası ultrasağçı Almaniya Naminə Alternativ (AfD) partiyasından sonra üçüncü yerdə qərarlaşıb.

Polşada Baş nazir Donald Tuskun Vətəndaş Koalisiyası qalib gəlib. İkinci yerdə Anjey Dudanın “Qanun və ədalət” partiyası qərarlaşıb.

Avstriyada, böyük ehtimalla, seçkilərdə ultrasağçı Azadlıq Partiyası qalib gəlib.

Slovakiyada müxalif “Mütərəqqi Slovakiya” partiyası birinci, Baş nazir Robert Fiçonun partiyası isə ikinci yeri tutub.

Yunanıstanda Baş nazir Kiriakos Mitsotakisin “Yeni Demokratiya” hərəkatı liderlik edir.

İspaniyada isə müxalifətdə olan Xalq Partiyası qalib gəlib.

Avropa Parlamentində ən böyük qrup olan Avropa Xalq Partiyası (EPP) yeni parlamentdə 720 yerdən 180-ni qazana bilər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
1
azertag.az

2Mənbələr