“Müəyyən qrup ölkələr var ki, orada iqtisadiyyatın müəyyən bir sahəsi, xüsusilə də təbii sərvətlərin istehsalı iqtisadiyyata da manopolist mövqe tutur. Azərbaycan SSRİ-nin tərkibində muxtariyyatı az olan bir bölgə idi və SSRİ rəhbərliyi Azərbaycanda iqtisadiyyatın şaxələnməsində maraqlı deyildi. Müstəqilliyimizi bərpa etdiyimiz ilk il məlum oldu ki, neft-qaz sektoru Azərbaycan büdcəsinin 90 faizindən çox hissəsini tutur. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə tədricən Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı əsas prioritet oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, vaxtında aparılan özəlləşdirmə, Azərbaycan iqtisadiyyatında xarici investisiyanın cəlb edilməsi üçün müvafiq qanunların qəbul edilməsində böyük rol oynadı: “Həmçinin sahibkarlığın inkişafı iqtidarın ciddi nəzarətində oldu. Bunun nəticəsidir ki, Azərbaycanda həm Ümum Daxili Məsul artdı, həm büdcəyə daxilolmalar kifayət qədər böyüdü, eyni zamanda qeyri-neft sektoru inkişaf etməyə başladı. Burada həm aqrar sektor, həm də qeyri-aqrar sektor da özünün əhəmiyyətini göstərdi.
Eyni zamanda Azərbaycan iqtisadiyyatı üçün yeni olan sahələr turizmin inkişafı, informasiya-kommunikasiya texnologiyalarının inkişafına diqqət edilməsi, Azərbaycan universitetlərinin reytinqlərinin artırılması və xarici tələbələrin Azərbaycan ali məktəblərində təhsil almasında da böyük rol oynadı. Vaxtaşırı iqtisadi qanunvericiliyində iqtisadi fəallığı artırmaq üçün müvafiq qanunlar qəbul edilir”.