AZ

“Yay Təcrübə Proqramı”nın qrup tapşırıqları mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən tələbələrin bilik və bacarıqlarının, eləcə də şəxsi keyfiyyətlərinin inkişafına dəstək məqsədilə keçirilməsi nəzərdə tutulan növbəti Yay Təcrübə Proqramına hazırlıqlar davam edir. Proqramda iştirak edəcək tələbələrin seçilməsi üçün qrup tapşırıqları mərhələsi keçirilib. Bu mərhələyə ali təhsil müəssisələrinin 100-dən çox tələbəsi qatılıb. 

Qrup tapşırıqları gender bərabərliyi mövzusunu əhatə edib. Tələbələr statistik göstəriciləri təhlil edərək təşkilatda gender bərabərliyinin təmin olunması ilə bağlı Tədbirlər Planı hazırlayıblar, işə qəbul zamanı qadın namizədlərin sayının artırılması və inklüziv mədəniyyətin təşviqinə dair təkliflər veriblər. DVX-nin müşahidəçiləri tərəfindən tələbələrin qrup şəklində qarşıya qoyulan tapşırıq və məsələləri həll etmək bacarıqları yoxlanılıb.

Qrup tapşırıqları mərhələsi üzrə seçilmiş tələbələr 7 gün müddətində DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək yay düşərgəsinə qoşulacaqlar. Orada onlara təcrübəli vergi xidməti əməkdaşları və kənar peşəkar təlimçilər tərəfindən vergi sahəsi və müxtəlif səriştələr üzrə təlimlər təşkil olunacaq. Daha sonra tələbələr DVX-nın Bakıda və regionlarda yerləşən struktur bölmələrində 8 həftə müddətində istehsalat təcrübəsində iştirak edəcəklər.

Qeyd edək ki, təşkil ediləcək Yay Təcrübə Proqramı sayca üçüncüdür. Layihə tələbələrin vergi sahəsində nəzəri və praktiki biliklər əldə etməsini, onların vergi xidmətinin işində praktiki iştirakını nəzərdə tutan, həmçinin gələcəkdə vergi orqanlarında karyera qurmaq imkanlarını dəstəkləyən təcrübə proqramıdır. 3-cü Yay Təcrübə Proqramının cari il iyun ayının 1-dən avqust ayının 30-dək keçirilməsi nəzərdə tutulur.

Seçilən
207
vergiler.az

1Mənbələr