BMT Təhlükəsizlik Şurası ABŞ prezidentinin mayın 31-də elan etdiyi Qəzza zolağında üç fazalı atəşkəs rejiminin dərhal həyata keçirilməsini tələb edən qətnamə qəbul edib.
Bizim.Media xəbər verir ki, qətnaməni 15 ölkədən 14-ü dəstəkləyib.
Rusiya səsvermədə bitərəf qalıb.
Layihə Qəzzada dərhal tam atəşkəsi, İsrail qoşunlarının Qəzza zolağında məskunlaşmış ərazilərdən çıxarılması, girovların azad edilməsini əhatə edir.
Belə ki, birinci mərhələdə bölgədə tam atəşkəs və bütün İsrail qoşunlarının Qəzza zolağında məskunlaşan ərazilərdən çıxarılması, yüzlərlə fələstinli məhbusun azad edilməsi müqabilində bir sıra israilli girovların geri qaytarılmasını əhatə edir.
Qətnamənin yekun üçüncü mərhələsində isə Qəzzanın bərpasına başlanacaq.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta