AZ

Mənzillər daha etibarlı qaydalarla satılacaq- iyulun 1-dən yeni qanun...

Image

Elnur Fərzəliyev: “Çıxarışlı və çıxarışsız mənzillərlə bağlı hüququ baza olmalıdır”

Mənzillərin etibarlı satışının təşkili və mənzil əldə etmiş şəxslərin hüquqlarının qorunması məqsədilə Mənzil Məcəlləsində dəyişiklik ediləcək. 

Qeyd edək ki, daşınmaz əmlakın dövlət reyestrinin elektron aparılması qaydalarının yeni sistemə uyğun təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək. Həmçinin, bələdiyyələr tərəfindən 01.12.2007-ci il tarixinədək fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələri ilə bağlı müvafiq torpaqayırma sənədlərinin yeni sistemdə yerləşdirilməsi məqsədilə onların məlumat bazasının “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminə inteqrasiyanın təmin edilməsinə dair normativ hüquqi akt layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi 1 iyul 2024-cü il tarixinə nəzərdə tutulub.

Məlumdur ki, daşınmaz əmlak bazarında bir çox mənfi hallar yaşanır. Belə ki, bir mənzil eyni anda  bir neçə şəxsə satılırdı deyə insanlar çarəsiz vəziyyətdə qalırdı. 

Maraqlıdır, yeni qanun layihəsi mənzil bazarında yaşanan xoşagəlməz halların qarşısını ala biləcəkmi? 

“Daşınmaz əmlak sahəsində fırıldaqçılığın qarşısını almaq üçün mütləq şəkildə belə qaydanın əlavə olunması çox vacibdir” 

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bir qanun layihəsinin hazırlanması vacib idi: “Danılmaz faktdır ki, zamanında bəzi fırıldaqçı tikinti şirkətləri tərəfindən yüzlərlə zərər çəkmiş şəxs olub. Bir mənzil şirkət tərəfindən bir neçə nəfərə satılıb. MTK rəhbəri həbs olunub və vətəndaşa dəymiş zərər ödənilə bilməyib. Bu səbəbdən də daşınmaz əmlak sahəsində fırıldaqçılığın qarşısını almaq üçün mütləq şəkildə belə qaydanın əlavə olunması çox vacibdir. Hazırda daşınmaz əmlak bazarında bu kimi problemlərin sayı çoxlu saydadır. Yeni qanun forması hazırlanmalı və yeni sənədlər tələb olunmalıdır. Hesab edirəm ki, çıxarışlı və çıxarışsız mənzillərlə bağlı hüququ baza olmalıdır”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
baki-xeber.com

1Mənbələr