Rusiyanın Federal Təhlükəsizlik xidməti büdcədən 60 milyon rubla yaxın pul oğurlayan bir qrup məmur və təhlükəsizlik işçisini saxlayıb.
KONKRET.az xəbər verir ki, söhbət “Qaraçay-Çərkəz Respublikasında kənd təsərrüfatının inkişafı” dövlət proqramı çərçivəsində məqsədyönlü subsidiyalardan gedir.
Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az