AZ

UNICEF-in nümayəndəsi: Uşaqların qorunması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi zəruridir

Bakı, 11 iyun, AZƏRTAC

Erkən nikahlarla bağlı bölgələrdə vəziyyət narahatlıq doğurur. Əksər hallarda maarifləndirmə də nəticə vermir. Bunun üçün qanunvericiliyin təkmilləşdirilməsi zəruridir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri UNICEF-in Azərbaycan nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edlən yekun müşahidələrin müzakirəsi ilə bağlı iyunun 11-də keçirilən tədbirdə səsləndirib.

Proqram rəhbəri bildirib ki, yekun müşahidələrlə bağlı bəzi layihələrin müzakirəsi iki ildir davam edir. Onun sözlərinə görə, 2022-ci ildə məhkəmə, prokurorluq orqanlarına yekun müşahidələrlə bağlı tövsiyələr göndərilib.

UNICEF-in nümayəndəsi qeyd edib ki, uşaqların hüquqlarının qorunması istiqamətində müvafiq qurumlarda qaynar xətt fəaliyyət göstərir. O, bu məsələdə sosial şəbəkələrin də rolunu qeyd edib.

Zərərçəkən uşaqların keyfiyyətli ədliyyə, sosial reabilitasiya xidməti və mühafizə orderləri ilə bağlı fikirlərini bölüşən V.Salmanov uşaqların xüsusi müəssisələrə düşməsinin qarşısının alınmasının vacibliyini qeyd edib.

V.Salmanov vurğulayıb ki, cismani cəzanı bəzən fiziki zorakılıqla qarışıq salırlar, amma bunlar fərqlidir. “Probasiya sisteminin gücləndirilməsi tövsiyə olunur. 14 yaşdan aşağı olan uşaqların sosial xidmətlərə cəlb edilməsi və preventiv tədbirlərin intensivləşdirilməsi də tövsiyələrdəndir”, - deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
azertag.az

1Mənbələr