AZ

"Xaliq Faiqoğlu" şirkəti cərimələnə bilər

"Xaliq Faiqoğlu" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (İcbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Aynurə Sadıqovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Protokol təsdiq olunsa, "Xaliq Faiqoğlu" şirkəti üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
e-huquq.az

1Mənbələr