AZ

"Azərbaycanla sülh sazişi imzalamaq üçün real imkan var" - Mirzoyan

Azərbaycanla regionda uzunmüddətli sülhü bərqərar edə biləcək sülh sazişinin imzalaması üçün real imkan var.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın iştirakı ilə ABŞ-Ermənistan Strateji Dialoqunun yekun iclasında deyib.

“Bir daha təsdiqləmək istərdim ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşması və 1991-ci il Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin demarkasiyası prosesinə sadiqdir. Sülh sazişinin layihəsini başa çatdırmaq üçün real imkan, tarixi şans var. Onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça bilər”, - A.Mirzoyan bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan ölkələrin suverenliyinə, səlahiyyətlərinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların açılmasında maraqlıdır.

Nazir bildirib ki, İrəvan və Vaşinqton arasında iqtisadiyyat və enerji sektorlarında diversifikasiyaya yönəlmiş geniş spektrli konkret addımlar və proqramlar, müdafiə sahəsində əməkdaşlıq müzakirə olunur./report

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
231
50
azerforum.com

10Mənbələr