“Bu şəhərdə” yumoristik estrada teatrının aktyoru, Əməkdar artist Rafael İsgəndərov açıqlaması ilə diqqət çəkib.
Medianews.az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu “Qapqara” verilişində bildirib ki, dəfələrlə özünə açdığı biznesi də, ora qoyduğu pulu da batırıb.
“Sənət tərəfindən istəmərəm hansısa bir vaxt qoyulsun. Arada bir mənə deyirlər ki, bəsdir, özünə bir biznes aç və onunla məşğul ol.
Allah tərəfindən verilən biznesim budur (aktyorluğu nəzərdə tutur – red.) Dəfələrlə bir işə qol qoymuşam, amma o işdə uduzmuşam və pul batırmışam. Allah deyir ki, səninki elə aktyorluqdur. Öz işinlə məşğul ol. Həmişə şad olmuşam, sevinmişəm ki, sevimli sənətim də, ruzum da buradadır, öz Vətənimdə”, – deyə Rafael vurğulayıb.