AZ

İKTDünya Bankı: Kosmik sistemdə qadınların sayı mütləq artırılmalıdır

Kosmik sənayenin satınalmalarında qadınlara məxsus şirkətlər heç bir faizə belə sahib deyil.

“Report” xəbər verir ki, bunu Dünya Bankının gender bərabərliyi üzrə aparıcı eksperti Şəmsiyyə Mustafayeva bu gün keçirilən “Üfüqlәri aşaraq: Dayanıqlı Kosmos, Dayanıqlı Yer” mövzusuna həsr olunmuş “Space Generation Azerbaijan (SG Azerbaijan)” tədbirində deyib.

"Yəni bu dəyərlərin paylanılmasında qadınların rolu çox azdır. Hesablamalara görə süni intellekt texnologiyaları sayəsində bugünkü peşələrin 40 %-i 5 ildən sonra aktuallığını itirəcək. Eynisini kosmik sənaye haqqında demək olmaz. Çünki kosmik sənaye ilə bağlı sahələrin rolu əksinə artacaq. Deməli kosmik sənayedəki işlər gələcəyin işləridir. Belə olan təqdirdə qadınların bu sahəyə çıxışı onların gələcək rifahını təmin edəcək. Bunun üçünsə kosmik sistemdə qadınların sayı mütləq şəkildə artırılmalıdır",- deyə o qeyd edib.

Ekspert hesab edir ki, qadınlarla kişilərin hər hansı bir sahədə bərabər iştirakı innovativliyi artırır: "Bu sektorda isə ən böyük dəyərlərdən biri məhz innovativlikdir. Mürəkkəb problemlərin həllində hər iki genderin iştirakı daha keyfiyyətli qərarlara gətirib çıxarır. Bu, gəlir baxımından da belədir. Deyilənlər ölkə olaraq bizim mənafeyimizə tam uyğundur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
far.az

1Mənbələr